Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Azərreyl"lə "Abşeron" ölkə çempionatının finalında 

Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasının pley-off mərhələsində (1/2 final) cavab oyunları keçirilib. Oyunların nəticəsindən asılı olaraq, finalçılar bəlli olub. Qeyd edək ki, yarımfinalda baş tutan hər iki oyunda qalib gələn "Abşeron" və eləcə də iki oyunun ümumi xallarina görə üstünlük əldə edən "Azərreyl" klubu finala yüksəlib.

Xatırladaq ki, ilk oyunda "Milli Aviasiya Akademiyası" klubunu 3:2 hesabla məğlub edən "Azərreyl" bu gün baş tutan cavab oyununda eyni hesabla uduzsa da qazandığı ümumi xalların sayına görə qalib hesab edilib.

İlk oyunda "Gəncə"ni 3:1 hesabla üstələyən "Abşeron" isə cavab matçında da qalib gəlib - 0:3. 

Aprelin 18-də isə kişi voleybolçular pley-offda cavab matçına çıxacaqlar. "Xilasedici" "Azərreyl"lə (ilk oyun 0:3), "Neftçi" isə "Murov Az Terminal" (ilk oyun 0:3) ilə üzləşəcək. Hər iki oyun Bakı Voleybol Mərkəzində baş tutacaq. İlk oyun saat 15:00-da, ikincisi isə 17:00-da başlanacaq.

İNTİQAM Məmmədov