(esse)
Mən qızların ayrı, oğlanların ayrı oxumaqlarının tərəfdarıyam, çünki onların dərs materiallarını qavramaq qabiliyyətləri prinsipial olaraq fərqlidir, bu, onların fərqli fiziologiyalara malik olmaqlarından irəli gəlir.
Qızlarda hissiyat, oğlanlarda ağıl aparıcı qabiliyyətdir. Buna görə, tədris qızlarda əsasən hissiyyata, oğlanlarda isə, əsasən ağıla aksentlə aparılmalıdır. Bütün tədris bu fərq nəzərə alınmaqla qurulmalıdır. Eyni, ortalama yanaşmadan hər iki cinsdən olan uşaqlar əziyyət çəkir.
Hər halda, müəllimlər bunu bilsələr və nəzərə alsalar, yaxşı olar.
Valideynlərin də bunu bilmələrini vacib sayıram.
Hümbət Həsənoğlu