Ləman Ələşrəfqızı:
Anlamadım, paltarın, çantanın dəbi olar, şəhidliyin də dəbi olurmu?
Deyəsən indi də Mehriban Ələkbərzadəni hədəfə alıblar. 1 il əvvəlki söhbətin ucundan tutub ucuzluğuna gedirlər. Ümumiyyətlə, Azərbaycanda şəhid adı manipulyasiyaya çevrilməkdədir. Və bunu edənlər də nə yazıq ki, çox vaxt elə şəhid ailələrinin özləri olur. İndi də əməkdar artist Məsmə Aslan deyir ki, bir il qabaq Mehriban Ələkbərzadə mənə "aaz" deyib. Və həm də atasının 20 yanvar şəhidi olduğuna eyham vuraraq "20 yanvar şəhidləri indi dəbdə deyil" ifadəsini işlədib. Anlamadım, paltarın, çantanın dəbi olar, şəhidliyin də dəbi olurmu? Və mənim tanıdığım, nitqinin səlisliyinə, dünyagörüşünə, mədəniyyətinə az-çox bələd olduğum Mehriban Ələkbərzadə belə cümlə işlədə bilməz.Nə isə..Qayıdaq manipulyasiya məsələsinə... Belə söhbətlər hansı konteksdə ortaya çıxır? Sən rəhbərlikdən nəsə istəyirsən, misal üçün ev, fəxri ad və s. , o da alınmayanda keçirsən şantaja...Sonra başqaları da nəsə istəyir, alınmayanda 1 il əvvəlki mövzu hər kəsin işinə yarayır.. Ayıbdır vallah. İndi baxıram, Prezidentə, mədəniyyət nazirinə müraciət ediblər ki, Mehriban Ələkbərzadə şəhidləri təhqir edib, o bu postda otura bilməz. Mübarizə aparırsınızsa, sivil qaydada aparın, şəhidlərimizə toxunmayın. Onların ruhunu incitməyin. Bu ad altında kimisə gözdən salmaq da əxlaq anlayışına ziddir.
Bəri başdan deyim ki, Mehriban Ələkbərzadə cəmi bir dəfə müsahibim olub. Yəni onu müdafiə etmək içimdən gəldi. Çünki, illərdir bu xanımı istedadı ilə tanımışam. Arxivlərdə çalışıb, mən də çalışmışam və bu işin nə qədər çətin olduğunu bilirəm. Tamaşalar qoyub, uğur qazanıb. İmkan verin işləsin də. Gərək ayağının altını qazaq???
* * *
İlahə Sadıqova
Bəzən gözləmədiklərimizdən görürük, eşidirik nələrisə. Kimsə arxasındakılara güvənib özbaşınalıq edirsə, onun istedadının olması onun əməllərini örtə bilməz. Hər kəs öz işi ilə vicdanla məşğul olmalıdır. Birinci məsələ deyil bu xanımla bağlı qabardılan. Sənət adamları vaxtı ilə indi rəhmətə getmiş birindən çəkirdilər, indi də bu xanım arxasındakılara güvənib at oynadır. İctimaiyyətin bilmədiyi çox şeylər var ki, onu mətbəxdəkilər bilir. Ümumiyyətlə, düşünürəm, elə bir dövrə çatmışıq ki, ata balasına belə cavabdeh durmağa çəkinməlidir. O ki qala tanımadığımız, uzaqdan izlədiklərimizə. İnsanlıq başqadır, istedad başqa, vəzifə başqa. Hamısı bir adamda nadirən cəmlənir.
Lale Aliyeva
Onun verilişini həvəslə gözləyirdik, çox gözəl və ciddi işlər görürdü. Teatrda da elə olduğuna əminəm
Saida Eylaz Məmmədli
Mehriban xanım 1996 cı ildə Aztv də işləyərkən dəfələrlə Səməd Vurğunun ev muzeyində silsilə çəkilişlərdə olub. Hər dəfə də başqa başqa sənətkarlarımızla. Mən o xanımdan heç vaxt onlara qarşı soyuq münasibət, ya nəsə danışıq ,hərəkət görmədim. Çox mədəni, həddindən çox sakit, təmkinli xanım idi. Düzdür, illər ötüb. Amma insanda mənəviyyat dəyişmir, məncə.
Gulnara Rza
Mehriban xanım teatra gələndə şəxsən mən sevindim.Fikirləşdim ki, bəlkə ölü teatrı dirildər...amma, belə kollektiv ilə işləmək ona baha başa gələcək.Teatrı fikirləşən yoxdur, hər kəs öz problemini qoyub ortaya.Bir də, deyilən sözə vaxtında reaksiya vermək lazım idi.İndi daldan atılan daşa bənzəyir.
Samir Rzayev
Azdramma sanki medeniyyet ocağı deyil, şeytan yuvasıdir. Nemətovdan əvvəldə sonrada burada söz - söhbet, dava - dalaş bitmədi. Orada bir neçe xalq artisti var ki, İsa Məsihde zühur etse sakit durmayacaqlar.
Sedaqet Saatova-Zamanova
Adı gedən aktrisanı yəqin ki,məndən savayı hamı tanıyır.Deyir sözü kim böyüdər-yiyəsi. Mehriban Ələkbərzadəyə şər və böhtan atmaqla nə əldə edəcəklər ki? Heyf ki,şəhid adı hallandırılır...Çox heyf
Veten Aşiqi
Mehriban xanımı uzun iller televiziyadakı fealiyyetinden tanıyiram və çoxda istedadlı biri kimi hemdə.Düzü son illerde onun fealiyyetini izlememişəm.Qaldıkı əsas fikrinizə, tam razıyam.Yuxuralılardan Şedidlerimiz olsun, qazillerimiz olsun , düşünülmüş sekilde menevi deyerleri gözdən salınır.
Habil Ibrahim Tagiyev
Şəhidlik adından manipulyasiya eləyənlər özləri elə şəhidlərə hörmət qoymayanlardlr.
Onlar ona görə şəhid olmahıblar ki,indi onların adından istifadə edib əlavə imtiyazlar alalar.
Quliyev Güloğlan
Azərbaycanda hansı sahədə sivil mübarizə varki, xanım? Elə sizin sahədə-jurnalistikada sivil mübarizə var?
Esmer Huseynova
Görəsən o “azz” sözünə vaxtında niye cavab verilməyib? Və yaxud soyuq münasibətlərdə heç vaxt belə müraciət olunmur, ən azı özlərinə rəva bilməzlər. “Dəbdə deyiı” ifadəsinə açıqlama: 1)tarix unudulmur; 2) 2-ci Vətən müharibəsi bizə çox itkilər gətirdi deyə hələ də barışmırıq; 3) Şəhid ailələri tanıyıram 1-dəfə də olsun böyük itkinin adını dillərinə gətirməyiblər. Niyə? Bilirlər ki, dövlət nəzarəti var.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.