Son günün qalibləri aşkarlanıb
Astarada yeniyetmələr (U-17) arasında ilk dəfə olaraq idman güləşi üzrə keçirilən seçmə xarakterli Azərbaycan birinciliyinə bu gün klassiklərin daha beş çəki dərəcəsində çıxışı ilə yekun vurulub. Son günün qalibləri sırasında bütün görüşlərini qələbə ilə başa vuran Qurban Məcnunov (48 kq, "Neftçi"), Ayxan Əsədli (55 kq, UGİM - 2), Ramil Musayev (65 kq, UGİM-5), Nicat Yeylaqaliyev (80 kq, Abşeron) və Rihad İbrahimli (110 kq, Sumqayıt - Təhsil) yer alıb. Günün maraqlı məqamlardan biri 110 kq çəkidə Sumqayıt duelinin baş tutması olub. Bu çəkidə çempion olan Rihad finalda öz komanda yoldaşı Rauf Mütəllimovdan güclü olub.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)