Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Atletimiz İsa Rüstəmov AÇ-da bir dəst medal qazanıb 

Moldovanın paytaxtı Kisinyovda böyüklər arasında keçirilən Avropa çempionatı Azərbaycan yığmasının üzvü İsa Rüstəmov (67 kq) üçün uğurlu olub. Belə ki, AÇ-da körpücük üzərinə çıxan atletimiz bir dəst medal qazanmaqla fərqlənib. Qeyd edək ki, birdən qaldırmada 138 kq nəticə ilə üçüncü yeri tutaraq kiçik bürünc medal, təkanla isə 170 kq ağırlığı ram etməklə kiçik qızıl medal qazanan İsa Rüstəmov iki hərəkətin cəmində 308 (138+170) kq nəticə göstərməklə ikinci yeri tutub və gümüş medala layiq görülüb.

İNTİQAM Məmmədov