"Sabah"la "Neftçi" pley-offa qələbəylə başlayıb
Aprelin 18-də kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) pley-off mərhələsinin (1/4 final) ilk oyunları çərçivəsində daha iki oyun keçirilib. Hər iki oyun Bakı İdman Sarayında baş tutub. İlk olaraq münasibətləri ayırd etmək üçün "Neftçi" ilə "Ordu" meydana çıxıb. Oyun birincinin qələbəsi ilə başa çatıb - 93:84 (19:24, 17:21, 38:18, 19:21).
Günün ikinci matçında ölkə çempionu adını daşıyan "Sabah" klubu "Sərhədçi" ilə üzləşib. Qarşılaşma çempionun böyük hesablı qələbəsi ilə bitib - 90:64 (16:21, 24:18, 15:21, 35:4).
Aprelin 19-da isə həmin arenada "Naxçıvan" klubu "Abşeron"la üzləşəcək (saat 14:00).
Xatırladaq ki, aprelin 17-də bu mərhələnin ilk oyununda "Şəki" klubu "Gəncə" üzərində minimal hesablı qələbə qazanıb - 85:84.
Mərhələnin cavab oyunları 20-22 aprel günlərində keçiriləcək.
Reqlamentə görə, bütün cütlər arasında mübarizə 2 qələbəyədək davam edəcək.
İNTİQAM Məmmədov