"Qəhrəman analar" kitabının Şərurda təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəş 18 aprel 2025-ci il tarixində Nacçıvanda Şərur şəhərində şəhidlərə həsr etdiyi "Qəhrəman analar", "Antiterror şəhidləri", "Sönməyən ulduzlar" və həmçinin digər kitablarının ümumi təqdimatını keçirib.
Təqdimat ilk olaraq Şərur şəhər Mərkəzi kitabxanasında filial kitabxanaların əməkdaşlarının və şairlərin iştirakı ilə baş tutub. Şairə xanım Mərkəzi kitabxanaya hədiyyə etdiyi kitablardan əlavə bütün filiallara da kitab hədiyyə edəcəyini bildirib və bir müəllif olaraq nə zaman Naxçıvana yolu düşsə Şərur şəhər mərkəzi kitabxana kollektivi tərəfindən gözəl qarşılandığı üçün kitabxanaçılara ən əsas da kitabxananın direktoru Toğrul müəllimə təşəkkür edib.
Daha sonra şairənin kitablarının təqdimatı Şərur şəhər Olimpiya kompleksində şəhid ailələrinin, icra nümayəndələrinin, qazilərin, müəllimlərin, şagirdlərin, mədəniyyət işçilərinin və müğənnilərin iştirakı ilə baş tutub. Şərur şəhər icra hakimiyyətinin dəstəyi ilə baş tutan tədbir Esmira Günəşin təşkilatçılığı ilə yadda qalan və möhtəşəm olub. Tədbirin çəkilişini Naxçıvan televiziyası edib.
Tədbirdən sonra Şəhidlər Xiyabanı ziyarət olunub və şairə Esmira Günəş elə həmin gün axşamçağı şəhid Elçin İbrahimlinin anası Aynur xanımla birlikdə Naxçıvan Teleradiosunda Təranə Əliyevanın "Vətən əmanəti" verilişinin qonağı olub. Günün sonunda isə şəhid Əli Əliyevin və şəhid Ruzi İbrahimovun ailəsini ziyarət edib. Şairə xanım bildirib ki, Naxçıvanda olduğu müddətdə kitablarımın təqdimatılarını etməklə yanaşı çalışacaq ki, daha çox şəhid ailəsi ziyarət edib, daha çox qəhrəman tanısın.
Qeyd edək ki, şairənin 2-ci Naxçıvan səfəridir. İlk gəlişində 2 gün ərzində 30 şəhid ailəsi ziyarət edib və onlar haqqında kitab yazmışdı.

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)