Ronaldo "Əl Nəsr"i tərk edə bilər
Futbol tarixinin ən yaxşı bombardiri, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo klubu dəyişə bilər.
Məlumata görə, Ronaldo 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün "Əl-Nəsr"i tərk etməyi düşünür. Londonun "Çelsi" və "Mançester Siti" futbolçu ilə maraqlanır. O, turnirdə iştirak etmək üçün bu klublardan biri ilə bir aylıq müqavilə bağlaya bilər.
Xatırladaq ki, portuqaliyalı uzun müddət Çempionlar Liqasının qalibi olduğu digər İngiltərə nəhəngi “Mançester Yunayted”də çıxış edib. Bundan əvvəl Kriştianunun mundialda iştirak etmək üçün eyni sxem üzrə “İnter Mayami” ilə müqavilə bağlaya biləcəyi bildirilirdi.