Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dövlət Xor Kapellası ilə birgə çıxış edib

20 aprel saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkar Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. 

Konsertdə Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın yaradıcısı olduğu Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru iştirak edib. Qeyd etmək lazımdır ki, Dövlət Uşaq Filarmoniyasının xor qrupunun bədii rəhbəri Mehdizadə Ayseldir. 

Təntənəli konsert proqramıda bəstəkarın xor və simfonik əsərləri səslənib. Gecədə həmçinin oğlu Timur Vaynşteyin müəllifi olduğu Leonid Vaynştey haqqında kitabın təqdimatı da baş tutub. 

Konsertin final nömrəsində Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru birlikdə bəstəkarın “Azərbaycan sənin yazın gələr” mahnısını ifa edib.