Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan pəhləvanları dünya reytinqinə liderlik edirlər 

Dünya Güləş Birliyi (UWW) ötən həftə keçirilən Avropa çempionatından sonra güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb. Əvvəlki cədvəldə olduğu kimi, yenidində də bir neçə güləşçimiz öz çəki dərəcəsində liderlik edirlər. Klassiklərimizdən  (yunan-Roma) Eldəniz Əzizli (55 kq), eləcə də Avro-2025-in qalibləri Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) cədvəldə liderlik mövqeyini davam etdirir. Avro-2025-in daha bir qalibi Qurban Qurbanov (81 kq) isə üçüncü pilləyə yüksəlib. Olimpiada-2024-ün bürünc mükafatçısı Sənan Süleymanov (77 kq) Top-5-də dördüncü olub.

Sərbəst güləşçilər arasında isə ən yaxşı mövqe Giorgi Meşvildişviliyə (125 kq) məxsusdur. Paris Olimpiadasinda üçüncü olan Giorgi Avro-2025-in qalibi olaraq Top-3-ü tamamlayıb. Digər sərbəst güləşçilərimizə gəlincə, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Maqomedxan Maqomedov (97 kq) isə dördüncü olub.

İNTİQAM Məmmədov