Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

Yaddaşını itirən yırtıcı qəbilə...

Və yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunan erməni separatçılarını niyə qorxuya salıb?

Başa çatan həftəyə damğasını vuran ən qeyri-adi və dramatik hadisə Bakı Hərbi Məhkəməsində davam etməkdə olan erməni separatçılarının cinayət işləri üzrə açıq məhkəmə prosesinin növbəti baxış iclasında Xocalı soyqırımı ilə bağlı dəhşətli videomaterialların nümayiş etdirilməsi oldu.

Bu, doğrudan da olduqca ağır emosional-psixoloji anlar idi. Ona görə də soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq, ürəyi zəif olanların zaldan çıxmaları barədə öncədən xəbərdarlıq edildi.

Məhkəmədə nümayiş etdirilən həmin videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə idi.

O videokadrlar arasında 33 il öncə şəhid reportyor Çingiz Mustafayevin “Üzünü qaldır, üzünü” deyərək lentə aldığı körpələrin görüntüləri də vardı. Və həmin görüntüləri zalda oturan azərbaycanlı zərərçəkənlərlə bərabər, qatil erməni separatçıları da izlədilər.

Bu, həqiqətlə üzləşmə anı idi. Daha doğrusu, vəhşilərin öz vəhşilikləri ilə baş-başa qalma məqamı idi. Azərbaycan məhkəməsi 21-ci əsrin "sivil" barbarlarına onların Xocalıdakı barbarlıqlarını əyani kadrlarla göstərirdi.

Maraqlıdır ki, separatçı canilərin bəzilərinin bu dəhşətli görüntülərə baxmağa üzləri belə olmadı. Daha doğrusu, cəsarətləri çatmadı. Digərləri isə videokadrların onlara, guya, pis təsir etdiyi görüntüsünü yaratdılar. Məyus obrazına girənlərdən biri də Araik Harutyunyan idi.

Bu videokadrlar sözsüz ki, müttəhim kürsüsündə əyləşən erməni separatçılarında ciddi narahatlıq doğurdu. Çünki onlar ilk dəfədir ki, öz vəhşiliklərinin miqyasını dərk etmək reallığı ilə üzləşdilər. Bu isə o deməkdir ki, bu vəhşiliklərin cəzası yüngül olmayacaq. Separatçıları təşvişə, qorxuya salan da budur.

Bu qorxunu hazırda Ermənistana sığınan digər separatçılar da yaşayırlar. 1990-cı illərin əvvəllərində əlləri xalqımızın qanına batmış bütün müharibə caniləri indi hər gün səksəkə içində öz aqibətlərini gözləyirlər.

Bəs, onlara hansı cəza veriləcək? Biz onlarla necə rəftar edəcəyik?

Məhkəmədə nümayiş etdirilən tükürpərdici videogörüntülər və canlı şahidlərin ifadələri əslində bu separatçı-terrorçu köpəklərlə istənilən formada rəftar etməyimizə hər cürə mənəvi əsas verir. Hətta onların 33 il öncə Xocalıda və digər yurd yerlərimizdə uşaqlarımızın, qadınlarımızın, qocalarımızın, hərbi əsirlərimizin başına gətirdikləri qəddar əməlləri də bu gün eynilə onların özlərinə qarşı törədə bilərik.

Onlar özləri də bunu edə biləcəyimizi başa düşürlər. Xatırlayırsınızsa, bu məqamı iki il bundan əvvəl rusiyalı politoloq Aleksandr Artamonov da müsahibələrindən birində vurğulamışdı. Həmin vaxt Rusiyanın "sülhməramlı" kontingenti hələ bizim ərazilərimizi tərk etməmişdi. Ermənilər isə Rusiyanı onlara qarşı xəyanətdə ittiham edirdi. Artamonov da buna etiraz olaraq təklif etdi ki, "gəlin sülhməramlıları Qarabağdan çıxaraq, onda ermənilərin ağılları dərhal başlarına gələcək. Baxaq görək onlar Xocalıda törətdikləri qırğına görə azərbaycanlılara necə cavab verəcəklər. Bəzi xalqlar zamanla öz yaddaşlarını (törətdikləri əməlləri) unudurlar. Ona görə də gəlin "xeyirxah psixiatr"lıq edib psixləri (erməniləri) onların özlərindən müdafiə etməyi, qorumağı dayandıraq. Gəlin onları azərbaycanlılarla baş-başa buraxaq. Biz heç nəyə qarışmayaq. Onda görəcəyik ermənilər Xocalıda törətdikləri əməllərin bədəlini necə ağır ödəyirlər".

Bəli, bu canilər xalqımıza qarşı törətdikləri vəhşiliklərin bədəlini həqiqətən də ağır ödəməlidirlər. Lakin biz onlardan fərqli olaraq barbar deyilik.

Giyenlik, yırtıcılıq, kaniballıq, faşistlik ermənilərə xasdır, bizə yox. Ona görə də biz sivil cəza üsullarını seçəcəyik.

Onları ömürlük həbs gözləyir!

(ardı var)

Separatçılarla bağlı silsilə yazılarımın bir öncəki hissəsi aşağdakı keçiddə:

https://www.facebook.com/photo/?fbid=2883637685162029&set=a.288220191370471

* * *

Ayten Aliyeva

9 il bundan əvvəl Riqa Ali Hüquq Məktəbində magistr dissertasiyamı məhz “Qarabağ müharibəsi zamanı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə dövlətin və fərdlərin cinayət məsuliyyəti” mövzusunda yazmışdım. O vaxt hələ 44 günlük müharibə olmamışdı, həm də sanki ümidimiz qırılmışdı, bir tərəfdən də bu dəhşətləri törədən ermənilərin cəzasızlığı ilə barışa bilmirdik. Elmi rəhbərimə demişdim ki, məhz ölkəmə dair, hazırda dünyanın ən aktual problemlərindən birinə dair bildiyim mövzuda yazmaq istəyirəm. Sağ olsun latviyalı xanım alim mənə çox dəstək oldu, istiqamət verdi. Bütün tarixçəni araşdırdım, zərərçəkmişlərin ifadələrini tapdım, beynəlxalq cinayət hüququ, insan hüquqları, dövlətlərin beynəlxalq hüquqda məsuliyyəti konsepsiyaları baxımından detallı işlədim dissertasiyamı. Yuqoslaviya və Ruanda üçün yaradılmış Ad hoc məhkəmələrin təcrübəsini, yanaşmasını araşdırdım, qərarlarına istinad etdim. Bənzər mexanizmlərdə Qarabağda cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsinin zəruriliyini əsaslandırdım. İndi qürur duyuram ki, dissertasiyamda toxunduğum hər bir məsələ bu gün gerçəklik oldu, reallaşdı. Cinayətkarlar mühakimə olunmaqdadırlar. Bu ədalətin, insan hüquqlarının qələbəsidir

Beybala Mirzeyev

Ayten xanım, bu şərhinizi qürur hissilə oxudum. Təhsil və karyeranızın ən parlaq səhifələrindən, məqamlarından birini şərhinizdə qeyd etmisiniz. Bu da ölkəmizə, millətimizə xidmətin layiqli bir nümunəsidir.

Vidadi Mamedrzayev

Ayten Aliyeva Beynəlxalq hüququn 30 il işləmədiyi və bu gün də sivil münasibətlərin pozulduğu dövrdə,Sizin belə bir mövzuya müraciət etməyiniz və ədaləti gözləməyiniz həm qəhrəmanlıq,həm də ,,utopiya,,dır.Vətənpərvər xanımın və xalqımızın arzusu çin oldu,pozulmuş beynəlxalq hüququ ordumuz həll etdi.Çox şadam ki,Sizin dissertasiyanız praktik həllini tapıb və separatçılar elmi nəzəriyyənizin laboratoriyadakı praktik nəticəsidir.

Arzularınız həmişə çin olsun,elmi işləriniz həyatda praktik yolunu tapsın.

Qürur duydum,şad oldum ki,Vətənlə ürəyi döyünən,elmlə məşğul olan belə xanımlarımız var.

Севда Аббасова

Ehsen size!Sizce, bes indi niye Baltik ölkelerden destek görmürük?!

Beybala Mirzeyev

Sevda xanım, təşəkkür edirəm! Baltikyanı ölkələrdə bizim haqq işimizi dəstəkləyən şəxslər çoxdur. Məsələn, Litvadan olan jurnalist Riçardas Lapaytis keçmiş Qarabağ münaqişəsinin əvvəlindən axırına qədər Azərbaycanın haqq səsini dünyaya çatdıran azsaylı beynəlxalq media nümayəndələrindən biri olub. Baltik dövlətləri də, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Севда Аббасова

Beybala Mirzeyev Lapaytisi taniyiram, filmini de görmüşem, amma başga bir adam tanimiram! Estoniyanin gerezli münasibeti de meni meyyus etdi... Telebeiken olmuşam bu ölkelerde, çox istiganlidirlar, zahiren soyuq göründüklerine baxmayaraq...

Beybala Mirzeyev

Севда xanım, Riqada nəşr olunan “Açıq şəhər” jurnalının baş redaktoru tanınmış jurnalist, yazar, sənədli filmlər müəllifi Tatyana Fast da Azərbaycanın dostudur. Onun jurnalında ölkəmizlə bağlı müsbət yazılar dərc olunub.

Habelə, Latviyadan olan ictimai xadim Vaira Vike-Freiberga 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyənlərdən biri idi.

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə iş üzrə parlament-əməkdaşlıq komitəsinin həmsdəri olan, Estoniyanın keçmiş xarici işlər naziri Marina Kalurantın 2024-cü ildə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməsi isə Estoniya dövlətinin yox, Avropa Parlamentinin mövqeyi idi. Avropa Parlamenti isə bildiyimiz kimi qatı ermənipərəst mövqeli beynəlxalq qurumlardan biri sayılır.

Adalat Kerimov

Ermənistandan, indi revanşistlər adlanan hərbi caniləri - terpetrsu, köçərini, sərkisi, ohanı və s. tələb edə bilmərikmi? Məhkəməsi gedən hərbi canilər yəqin ki, onların adlarını çəkirlər, törətdikləri cinayətlərdən də danışırlar, eləcə də 366 da xidmət edən rus canilərnin də, bu gün onların Azərbaycana təhvil verilməsi paşınyana da sərf edir. Bu, barədə məlumatınız varmı? Varsa bölüşün.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.