Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Xaqani Cəfərli: 

Rusiya kəşfiyyatınınən uğurlu əməliyyatlardan biri Türkiyənin F-35 proqramından çıxarılması olub

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi işğal edilmiş Krım ərazsində Rusiyanın məşhur S-400 “Triumf” zenit-raket kompleksinin məhv edildiyini sübut edən görüntülər yayıb. Bu həmin S-400 zenit-raket kompleksidir ki, Türkiyə ona görə beşinci nəsil F-35 qırıcı təyyarə proqramından çıxarılmağa razı oldu. Əgər Türkiyə F-35 qırıcı təyyarə proqramından çıxarılmasaydı həm hərbi, həm də iqtisadi qazancı olacaqdı. Beşinci nəsil F-35 qırıcılarına sahib olmaqla Türkiyə Aralıq dənizi və Qara dəniz hövzəsində ən güclü aviasiyaya malik ölkə olacaqdı. Bu isə Rusiyanı ciddi narahat edirdi.

F-35-lərin 1000-dən artıq hissəsini istehsal etməklə Türkiyə milyardlarla dollar gəlir götürəcəkdi. Bu əməkdaşlıq Türkiyə hərbi-sənaye kompleskinin inkişafına da təsir edəcəkdi.

Rusiya kəşfiyyatının son illər həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri Türkiyənin F-35 proqramından çıxarılması olub. Türkiyədə Rusiya səfirinin öldürülməsi də bu əməliyyatın bir hissəsi idi.

Rusiya kəşfiyyatının qurduğu oyunun qurbanı olaraq beşinci nəsil F-35 qırıcı təyyarə proqramından çıxarılan Türkiyə indi dördüncü nəsil F-16-lar almaq üçün fədakarlıqlar edir, qurbanlar verir.