YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Elməddin Behbud:
Ermənilərin bircə "ulu Tiqranın" ruhunu köməyə çağırmaqları qalıb
Ermənilər qədər həqiqətlə üzləşməkdən qorxan, bunu az qala bəşəri faciə kimi, vay-şivənlə qarşılayan ikinci toplum yoxdur. Çünki onlara hədiyyə olunan indiki yarımmüstəqil dövlətləri və xalq olaraq tarixləri tamami ilə saxta, uydurma hekayələr üzərində qurulub. Buna görə də həqiqəti özlərinə düşmən bilirlər.
Dünən "X" platformasında (tvitter) "Qədim və müasir İrəvan! Hazırda şəhərin əski sahibləri olan türklərdən heç kim burada yaşamır. Çünki ermənilər faşizm düşüncəsi ilə monoetnik ölkə qurublar" məzmunlu post, həmçinin, İrəvanın qədim və müasir şəkillərini paylaşmışam. Haylar özlərinə əl qatıblar ki, Azərbaycan bizi soyqırıma uğratmağa hazırlaşır, dayanmayın, bizə kömək edin və s. Bircə "ulu Tiqranın" ruhunu köməyə çağırmaqları qalıb.
İrəvana qayıdına, orada qeydiyyata düşənə, oradan post paylaşana qədər bunlara dinclik verməməliyik.
.jpg)
.jpg)
.jpeg)
