YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Priqojinin ölümü rəsmən təsdiqlənib
Meyiti tibbi ekspertizaya aparılan Yevgeni Priqojinin kimliyi rəsmən müəyyən edilib.
Bu barədə “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov Teleqram kanalında məlumat verib.
"Yevgeni Priqojinin meyiti rəsmi olaraq morqda tanınıb", - deyə Roqov yazıb.
O bildirib ki, Priqojinin meyitinin tanınması zamanı barmağının birinin olmaması da əsas əlamətlərdən biri kimi götürülüb.
Roqovun sözlərinə görə, morqda Dmitri Utkin də döymələri ilə tanınıb.