"Murov Az Terminal' ilə "Azərreyl" final seriyasına başlayır
Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında final seriyasına start veriləcək. Qeyd edək ki, çempionluq uğrunda final seriyasında "Azərreyl"lə "Murov Az Terminal'" qarşılaşacaq. Oyun bu gün saat 15:00-da Bakı Voleybol Mərkəzində başlanacaq. Cavab oyunu isə aprelin 25-də saat 15:00-da Milli Gimnastika Arenasında olacaq.
Yeri gəlmişkən, kişilərin çempionatında üçüncü yerin sahibi iki oyunda "Neftçi" klubunu üstələyən "Xilasedici" olub.
Xatırladaq ki, qadınların final seriyasında isə "Azərreyl"lə "Abşeron" qarşılaşır. Dünənki ilk oyunda "Abşeron" qalib gəlib - 3:0. Cavab matçı aprelin 24-də saat 15:00-da Milli Gimnastika Arenasında olacaq. Qadınların çempionatında üçüncü yerin sahibi "Milli Aviasiya Akademiyası" olub.
İNTİQAM Məmmədov