"İlin idmançısı" seçilib
Yeddi qat Olimpiya çempionu və idman gimnastikası üzrə 23 qat dünya çempionu amerikalı Simone Biles Laureus "World Sports Awards 2025" tərəfindən "İlin idmançısı" seçilib.
25-ci mükafatlandırma mərasimi aprelin 21-də Madriddə baş tutub.
Bils öz nominasiyasında dünyanın bir nömrəli tennisçisi belaruslu Aryna Sabalenkanı, ispaniyalı futbolçu və ikiqat “Qızıl top” mükafatçısı Aitana Bonmati, 2024-cü il marafon çempionu Hollandiyadan Sifan Hassan, 2024-cü il Olimpiya çempionu 1500 m məsafədə olimpiya çempionu keniyalı Faith Kipyeqonu üstələyib.
Laureus nominasiya siyahıları 70-dən çox ölkədən 1000-dən çox idman media orqanının səsverməsi ilə formalaşır.