Deputatlar arasında əlbəyaxa dava düşdü
Ermənistan parlamentinin sədri Alen Simonyan aprelin 22-də Milli Assambleyanın iclasında müxalifətdə olan “Ermənistan” blokunun deputatları ilə hakim “Mülki müqavilə” partiyasının deputatları arasında kütləvi dava salıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Belə ki, hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Konjoryanın çıxışı zamanı onunla Qeqam Manukyan arasında mübahisə yaranıb. Manukyan xüsusilə hakim partiyanı yalan danışmaqda ittiham edib. Tədricən mübahisəyə parlamentin sədri Alen Simonyan da qoşulub. O, iqtidarı dəstəklədiyini bildirib. Bu, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanı qane etməyib. Sonuncu isə Simonyanı qərəzli tutduğunu göstərərək irad tutub. Buna cavab olaraq Milli Assambleyanın rəhbəri istehza ilə gülümsəyərək Minasyanın sözlərinin daha çox onda qürur hissi aşıladığını bildirib.
Tədricən mübahisə farsa çevrilməyə başladı. Vəziyyət o qədər pisləşdi ki, davaya çevrildi.