Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"TikTok"da terrora çağırış edən azyaşlılar həbs edilib

Hollandiya dövlət prokurorluğu ölkənin müxtəlif bölgələrində “TikTok” sosial şəbəkəsində terrora təhrik etdikləri üçün aralarında azyaşlılar da daxil olmaqla 14 nəfərin həbs edildiyini açıqlayıb.

"Terrorla bağlı aparılan istintaq zamanı 14 nəfər həbs edilib. Bəziləri azyaşlı olan şübhəlilər Hollandiyanın müxtəlif yerlərində həbs ediliblər. Onlar həmçinin TikTok-da başqalarını terror cinayətləri törətməyə təhrik etməyə cəhd ediblər", - deyə məlumatda bildirilir.

Şübhəlilərin yaşlarının 14-30 arasında olduğu qeyd edilir. Həbs edilənlərdən bəzilərinin azyaşlı olduğunu və istintaqın davam etdiyini nəzərə alaraq, hazırda əlavə məlumat verilmir.