Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aytan Mouradova

Hami ile elageler pisleshib esasende Afrika ile

Beybala Mirzeyev

Görünən budur ki, Tanrı bu adamı Fransaya həqiqətən də cəza kimi göndərib. Fransa dövləti müstəmləkəçilik keçmişinin bədəlini Makronun vasitəsilə çox ağır ödəyəcək.

Aytan Mouradova

Beybala Mirzeyev belkede gesden goyublar olkeni dagitmaga

Gulnare Hesenli

Bunun başı gediryavaş yavaş

Beybala Mirzeyev

Makron özünü dahi hesab edir )

Azər Yadigaroğlu

Bu çıxışda Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı sərt bəyanatları, əslində, Fransanın xarici siyasətindəki iflası və müstəqil dövlətlərin gücünü dərk etməməsi kimi qiymətləndirilə bilər. Azərbaycan, 33 il əvvəl müstəqilliyini bərpa etdikdən sonra, artıq öz maraqlarını qorumağa və dünya siyasətində öz yerini tapmağa başlamışdır. Azərbaycanın müdaxilələri və bu növ mövqeyi, Fransa kimi güclü bir dövlətin qarşısında aciz duruma düşməsi, əslində, beynəlxalq siyasətin dəyişən dinamikalarını göstərir.

Makronun çıxışı, Fransa'nın neoimperialist siyasətinin daha da ifşa olunması və beynəlxalq münasibətlərdəki təcavüzkar yanaşmalarının görünməsidir. Fransa, hələ də keçmişin təsiri altında, işğalçı və təcavüzkar dövlətləri dəstəkləməkdə davam edir, lakin dünya artıq dəyişir və kiçik dövlətlər öz haqlarını qorumaqda, güclənməkdə və səslərini eşitdirməkdə daha cəsarətli olurlar.

Azərbaycan, nə qədər kiçik bir dövlət olsa da, artıq yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Fransa isə, əksinə, öz imperiya siyasətində və beynəlxalq hüquqa qarşı münasibətində geriləyir. Makronun bu cür reaksiyaları, ona olan beynəlxalq etibarın azalmasının və Fransa'nın siyasi təsirinin zəifləməsinin əlamətidir.

Beybala Mirzeyev

Dünyanın geosiyasi reallıqlarının dəyişdiyini, kiçik dövlətlərin qlobal siyasətdə aktiv rol almasını əfsuslar olsun ki, həm Makron, həm də bir sıra digər liderlər dərk etməkdə çətinlik çəkirlər. Onlar beynəlxalq siyasətin dəyişən dinamikalarını qəbul etmək, yeni reallıqlarla hesablaşmaq istəmirlər. Və bu da onları siyasi iflasa doğru aparır. İngiltərədə baş verən hakimiyyət böhranının (baş nazir R.Sunakın istefası) ardınca Fransa və Almaniyada da siyasi böhran yaşandı. Ötən gün isə Kanadanın baş naziri C.Tryudo istefa verdi. ABŞ-dakı prezident seçkilərində Demokratların məğlubiyyəti bütün Qərb dünyasında liberal-demokratiyanın çöküşünü sürətləndirir. Makron isə bu obyektiv prosesin qaçılmazlığını dərk edə bilmir və ya dərk etmək, qəbullanmaq istəmir. Çünki birazdan bu proses Makronun özünü də süpürüb tarixin zibilliyinə atacaq.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Bəybala Mirzəyev: 

Bu adam danışdıqca daha da batır...

Hazırkı qlobal siyasətin əsas aktorlarından, supergüclərindən biri olan Fransa kimi nüvə dövlətinin başçısı Emmanuel Makron ötən gün səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Baxın, Azərbaycan supergüc deyil, nüvə dövləti də deyil. Heç BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri də deyil. Lakin müstəqilliyini 33 ildir ki bərpa edən Azərbaycan bu gün Fransaya boy göstərir, əzələ nümayiş etdirir, Yelisey sarayının neoimperialist, neokolonialist siyasətini ifşa edir, rəsmi Parisin əzdiyi kiçik ada xalqlarına yiyə çıxır, dəstək verir.

Qosqoca Fransa isə Azərbaycanın bu həmlələrinin, addımlarının qarşısında aciz duruma düşür və inersiya üzrə, əvvəlki qaydada hərəkət edərək, ağlasığmaz kütbeyinliklə yenə də təcavüzkar, işğalçı, terrorçu Ermənistanı müdafiə etməyə davam edir.

Fransa prezidenti həqiqətən də reallıq hissini itirib.

Makronun səfirlər konfransında səsləndirdiyi “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb" ifadəsi onun xarici siyasətinin iflasının təsdiqidir.

P.S.

Yəqin ki, Makron bundan sonra hətta yuxularında da "Azərbaycan, Azərbaycan" deyərək, sayıqlayacaq ))