Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Azərreyl" final seriyasına qələbəylə başlayıb 

Kişi voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında  çempionluq mübarizəsi final seriyası ilə davam edir. Qeyd edək ki, finalda mübarizəni  "Azərreyl" klubu ilə "Murov Az Terminal" davam etdirir. Bu gün tərəflər öz aralarında final seryanın ilk oyununa çıxıblar. Bakı Voleybol Mərkəzində baş tutan oyunda "Azərreyl" quru hesablı qələbə qazanıb - 3:0. Bununla da dəmiryolçular çempionluğa doqru ilk uğurlu addımı atamağı bacarıb.

Tərəflər arasında ikinci və həlledici cavab oyunu aprelin 25-də saat 15:00-da Milli Gimnastika Arenasında olacaq.

Yeri gəlmişkən, kişilərin ölkə çempionatında üçüncü yeri "Xilasedici" tutub.

Xatırladaq ki, qadınların analoji yarışının finalında isə ötən ilin çempionu "Abşeron"la ölkə voleybolunun flaqmanı sayılan "Azərreyl" qarşılaşır. Dünən final seriyasında baş tutan ilk oyunda çempion qalıb gəlib - 3:0. Həlledici cavab oyunu aprelin 24-də saat 15:00-da Milli Gimnastika Arenasında baş tutacaq.

İNTİQAM Məmmədov