Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Silah-sursat anbarında YANĞIN

Rusiya Federasiyasının Vladimir vilayətində silah-sursat anbarında baş verən yanğın və ardınca baş verən partlayışa səbəb təhlükəsizlik tələblərinin pozulması olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, tələfat yoxdur, yanğına səbəb partlayıcı materiallarla iş zamanı təhlükəsizlik tələblərinin pozulmasıdır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, sözügedən anbar hərbi hissənin ərazisində yerləşir. Hazırda mütəxəssislər yanğının söndürülməsi üçün çalışırlar.

Aprelin 22-də “Ehtiyatlı olun, xəbərlər” Telegram kanalı Vladimir vilayətinin Kirjaçski rayonundakı Barsovo kəndinin Rusiya Müdafiə Nazirliyinin arsenalı yaxınlığında baş verən partlayışlara görə boşaldıldığını yazıb. Jurnalistlər Moskvadan Kirjaça gedən yolun bağlandığını qeyd ediblər.

Daha sonra Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev Kirjaç rayonunda partlayışın baş verdiyini təsdiqləsə də, heç bir təfərrüat açıqlamayıb. Onun sözlərinə görə, “məsuliyyətli xidmətlər yerində işləyir”.