Roma Papası Fransiskin ölümü səbəbindən A Seriyasının oyunları təxirə salınıb
Aprelin 21-də Vatikandakı iqamətgahında vəfat edən Papa Fransiskin ölüm xəbərindən sonra İtaliyada matəm hökm sürür. Bu faciəvi hadisə ilə əlaqədar olaraq, A Seriyasının Peşəkar Liqası bu günə planlaşdırılan bütün qarşılaşmaları daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib.
Bu barədə liqanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Bu gün baş tutmalı olan dörd oyun: "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Genoa - Latsio" və "Parma" - "Yuventus" fərqli vaxtda oynanılacaq.
Matçların təxirə salınmasına baxmayaraq, A Seriyasının çempionluğu uğrunda mübarizə gərgin olaraq qalır. “İnter” və “Napoli” hərəyə 71 xalla birinci yeri bölüşür, “Atalanta” isə 64 xalla ilk üçlüyü tamamlayır.