Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdo üzrə Avropa Çempionatında qarışıq komandaların püşkatması yenidən keçiriləcək

Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında yenidən qarışıq komanda yarışının püşkü atılacaq.

Bu barədə Avropa Cüdo Federasiyası (EJU) məlumat yayıb.

Dəyişikliyə səbəb komandaların səbətlərə bölünməsində səhv olub: reqlamentin əksinə olaraq, səkkiz komanda əvəzinə, cəmi dörd komanda səbətlərə bölünüb.

Yeni püşkatma aprelin 23-də final blokundan əvvəlki fasilə zamanı keçiriləcək.

Qeyd edək ki, ilkin püşkatmaya əsasən, Azərbaycan yığması İtaliya yığması ilə qarşılaşmalı idi.