Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün Azərbaycan kubokunun həlledici görüşünün iştirakçıları müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək.

Saat 17:00-da yarımfinalın cavab oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Araz-Naxçıvan"la qarşılaşacaq.

İlk görüşdə Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Günün digər matçında saat 20:00-da "Neftçi" "Sabah"ın qonağı olacaq. Bundan əvvəl “qara-ağlar” evdə 1:2 hesabı ilə uduzmuşdu.

Azərbaycan kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.