"Şəki' "Gəncə"ni üstələyərək ALD-da yarımfinala yüksəlib
Dünən kişi basketol klublarının mubarizə apardığı ABL-in pley-off mərhələsində (1/4 final) iki oyun keçirilib. İlk oyun Şəkildəki OİK-də yerli "Şəki" ilə "Gəncə" arasında baş tutub. Xatırladaq ki, əvvəlki iki oyunda qalib aşkar edilmədiyi üçün (1:1) tərəflər üçüncü dəfə qarşılaşıblar. Üçüncü oyun "Səki'-nin 85:83 (15:19, 26:14, 20:26, 24:24) hesablı qələbəsi ilə bitib. Bu qələbə sayəsində ümumi hesabı öz xeyrinə olmaqla 2:1-ə çatdıran "Şəki" adını yarımfinala yazdırıb. Həmin oyunun ən yaxşı oyunçusu adına 31 xal toplayan Coşua Robinson ("Şəki") olub. "Şəki" yarımfinalda "Sabah"la qarşılaşacaq.
Günün gidər oyunu isə "Abşeron"la "Naxçıvan" arasında reallaşıb. Görüş "Abşeron"nun qələbəsi ilə başa çatıb - 85:79 (10:21, 20:20, 31:21, 24:17). Oyunun qəhrəmanı özünün və komandasının aktivinə 22 xal yazdıran İsmayıl Abdullayev ("Abşeron") olub. İki oyundan sonra tərəflər arasında ümumi hesab bərabərləşib - 1:1. Cütlük arasında qalibi aşkar etmək üçün üçüncü oyun keçiriləcək. İkinci qələbəni qazanan klub yarımfinala yüksələcək və burada "Neftçi" klubuna rəqib olacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)