Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların Avropa çempionatına start verilib

Bu gün Montoneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan cüdoçuları da daxil olmaqla, böyüklər ( kişilər və qadınlar) arasında cüdo üzrə Avropa çempionatına start verilib. Xəbər verdiyimiz kimi çempionata qatılan 15 (9 kişi və 6 qadın) tatami ustasından beşi bu gün mübarizəyə qatılacaq.

Onlardan Əhməd Yusifov (60 kq) startda İtsixak Aşpizlə (İzrail) eyni çəkidə çıxış edən Turan Bayramov Ceyms Zaxrayla (Malta), Ruslan Paşayev (66 kq) Boyan Yanovla (Bolqarıstan), Könül Əliyeva (48 kq) Paulina Şlaktayla (Polşa) və Gültac Məmmədəliyeva (52 kq) almaniyalı Kyarra Srra ilə üzləşəcək.

Medallar uğrunda son həlledici görüşlər saat 18:00-da İdman TV-də canlı yayımlanacaq.

İNTİQAM Məmmədov