U-16 voleybol millimiz İspaniyaya yollanıb
25-27 aprel günlərində 16 yaşlı (U-16) oğlanlar arasında voleybol üzrə Avro-2025-in ikinci təsnifat mərhələsinin qrup oyunları keçiriləcək. İspaniyada keçiriləcək bu turnirdə Azərbaycan komandası da iştirak edəcək. AVF-dan verilən məlumata görə, U-16 millimiz turnirin B qrupunda ev sahibi İspaniya, Estoniya və Avstriya yığması ilə qarşılaşacaq.
Qeyd edək, bu mərhələdə 20 komanda 5 qrupda mübarizə aparacaq. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan və eyni zamanda qruplarda ən yaxşı üçüncü olan daha iki komanda Avro-2025-in final mərhələsinə vəsiqə qazanmış olacaq.
İNTİQAM Məmmədov