Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda metro tikintisinə dair maraqlı təklif: 10 stansiya bu ərazilərdə salınsın!

“Prezident İlham Əliyev mətbuata dünənki müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi barədə məlumat verdi. Özü də qeyd etdi ki, həmin 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır”.

Bu fikirləri nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib,

“Dəfələrlə vurğuladığımız kimi, paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz (yəni qəzasız, ölüm-itimsiz) yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir”, - Ə.Hüseynov vurğulayıb.
 

Ə.Hüseynovun sözlərinə görə, 10 yeni metro stansiyaslnın harada tikiləcəyi barədə dəqiq məlumat açıqlanmasa da, Bakının baş planını və metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda, həmin stansiyalara harada daha çox zərurət olduğunu demək olar: