Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 4-cu tura yekun vurulub. Turun son matçında ortabablardan olan " Neftçi" turnir cədvəlində sonuncu yeri tutan "Gənclər" klubunu qarşılaşıb. Oyun birincinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yeri gəlmişkən, bu oyunun nəticəsindən asılı olaraq, "Neftçi" bir pillə irəliləməklə üçüncü yerə yuksəlib. 

Xatırladaq ki, turun ilk günü "Azərreyl" MOİK-i, "Murov Az Terminal" isə "Xilasedici"-ni quru hesabla məğlub edib - 3:0..

Komandaların turnir vəziyyəti: Мurov Az Terminal – 12 xal, Хilasedici– 9, Neftçi – 8, Аzərreyl– 7, МОİK, Gənclər – 0.

Qeyd: Bu gün isə qadınların analoji yarısında 5-ci turun oyunları keçiriləcək.

İNTİQAM Məmmədov