Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Abşeron"la "Naxçıvan" üçüncü dəfə qarşılaşacaq

Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-in (Azərbaycan Basketbol Liqası) pley-off mərhələsində (1/4 final) reqlamentə uyğun olaraq "Abşeron"la "Naxçıvan" arasında növbəti oyun keçiriləcək. Sayca üçüncü olan bu qarşılaşma saat 19:00-da Bakı İdman Sarayında baş tutacaq. Xatırladaq ki, əvvəlki iki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazandıqi üçün cütün qalibi aşkar edilməyib. Bu gün qalib gələn komanda hesabı öz xeyrinə 2:1-ə çatdırmaqla adını yarımfinala yazdıracaq və finala çıxışda "Neftçi" ilə üzləşəcək.

Yeri gəlmişkən, digər yarımfinal matçında isə "Sabah" "Şəki" ilə üzləşəcək.

İNTİQAM Məmmədov