Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçıların Azərbaycan çempionatı keçirilir 

İki gün öncə Respublika Şahmat Mərkəzində kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının birinci dəstəsinə start verilib. Seçmə xarakterli bu çempionatda Bakı, Sumqayıt, Şəki, Yevlax və Qubanı təmsil edən 36 kişi və 10 qadın şahmatçı mübarizə aparır. Qeyd edək ki, kişilər İsveçrə, qadınlar isə dairəvi sistemi üzrə olmaqla, 9 turda ağıllarını işlədəcəklər. Yarışın reqlamentinə görə, kişilər arasında ilk beş, qadınlarda isə ilk iki yeri tutan şahmatçı Yüksək Liqada oynamaq hüququ qazanmış olacaq. 

Xatırladaq ki, Gənclər İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən bu çempionatda kişilər arasında ilk beş yeri tutan şahmatçılar müvafiq ardıcıllıqla 2500, 1800, 1300, 900 və 500 manat mükafat alacaqlar.

Qadınlara gəlincə, birinci yerin sahibi 120, ikinci yeri tutan 800, ilk üçlüyü tamamlayan isə 500 manat pulla mükafatlandırılacaq.

Çempionata yanvarın 14-də yekun vurulacaq.

İNTİQAM Məmmədov