Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Bəybala Mirzəyev: 

Rus xalqının “bətn”indən doğulanlar...

Qorbaçov və Yeltsini tarixlərinin “ən pis lider”i adlandırmaları rusların zorakılığa, işğalçılığa meylli xalq olduğunu bir daha təsdiqləyir.

Bəzi ruspərəst ekspertlər tarixdəki və hazırkı Rusiyaya rəhbərlik etmiş və edən şəxslərin diktator və işğalçı olmalarının rus xalqının genotipi ilə heç bir əlaqəsinin olmadığı fikrini tirajlamağa, yayğınlaşdırmağa çalışırlar. Guya, rus xalqı sadə və sülhsevər xalq imiş və gəlmiş-keçmiş bir çox rus liderlərinin qanlı müharibələr aparmasında, başqa ölkələrə qoşun yeritməsində, “qırmızı terror” və kütləvi qırğınlar törətməsində guya bu xalqın heç bir günahı yoxmuş. Başqa sözlə desək, rus xalqı ilə rus liderləri guya ayrı-ayrı anlayışlarmış.

Ancaq rus xalqını təmizə çıxarmaq, günahsız toplum obrazında göstərmək cəhdləri yersizdir və tamamilə absurddur. Hər bir dövlət və hər bir lider öz xalqının “məhsul”udur. Məsələn, Ermənistan dövlətinin daim terrora və təcavüzkarlığa meylli olmağı erməni xalqının etnogenetik təbiətindən və erməni kilsəsinin davakar ideologiyasından qaynaqlanır. Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan, Vaqif Xaçaturyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və sair kimi hərbi caniləri, terrorçuları, Xocalı qatillərini, separatçıları hansısa yadplanetlilər yox, məhz erməni xalqı bəsləyib, böyüdüb.

Bu mənada, Birinci Pyotr, İkinci Yekaterina, Birinci Aleksandr, Lenin kimi işğalçı çarlar, inqilabçı və imperialist liderlər də rus xalqının bətnindən törəyib. Onları bir-birindən ayırmaq tarixi qanunauyğunluğu inkar etməkdən başqa bir şey deyil.

Bəli, məhz rus xalqının naturasında zorakılığa, ekspansiyaya, müharibələrə və diktaturaya meyllilik güclü olduğuna görə bəzi rus liderlərinin Rusiya dövlətini az da olsa liberallaşdırmaq, demokratikləşdirmək, humanistləşdirmək, sivil dövlətə çevirmək cəhdləri heç vaxt müsbət nəticə verməyib. Daha doğrusu, onların bu istiqamətdə göstərdiyi səylər, təşəbbüslər yarımçıq qalıb. Rus xalqı həmin liderləri ya qətlə yetirib, yadaki onları həmişə pis lider kimi qiymətləndirib. Misal üçün, 20-ci əsrin əvvəllərində rus xalqına çoxlu azadlıqlar bəxş etmiş, geniş demokratik islahatlara yol açmış çar İkinci Nikolayı qəzəbli rus xalqı 1917-ci ildə xüsusi amansızlıqla qətlə yetirib.

Və elə həmin rus xalqı bu gün Mixail Qorbaçovu və Boris Yeltsini Rusiya tarixinin ən pis rəhbərləri kimi xarakterizə edir. Rusiyanın “Field” tədqiqat qrupunun sorğusunun nəticələri də bunu göstərir.

Belə ki, Rusiya tarixinin ən yaxşı və ən pis rəhbərlərini müəyyən etmək üçün keçirilən sorğunun nəticələrinə görə, ən pis liderlər – Mixail Qorbaçov (17%) və Boris Yeltsindir (19%). Onlara qarşı ən pis münasibəti yaşı 30-dan yuxarı olan respondentlər göstəriblər.

Hərçənd ki, məhz Qorbaçov və Yeltsin rus xalqına Avropa dəyərlərinə uyğun yaşam və idarəetmə vəd edirdi. Bu gorbagor rus-sovet liderləri əslində qeyri-rus xalqlarının (o cümlədən biz azərbaycanlıların) yaddaşında ən pis liderlər kimi qalıblar. Çünki onlar qeyri-rus xalqlarına qarşı ədalətsiz siyasət yürüdüblər. Bizdən fərqli olaraq rus xalqı isə məhz bu iki şəxsə daha çox minnətdar olmalıdır. Lakin hər nə nə qədər təəccüblü görünsə də, bugünkü rusların nəzərində ən populyar və ən yaxşı liderlər məhz I Pyotr (82%), II Yekaterina (71%) və 65 faizlə İosif Stalindir. “Field” tədqiqat qrupunun sorğusunun nəticələri belə göstərir.

Bu göstəricilər hazırkı Rusiya dövlətinin və onun liderinin (Putinin) Ukraynaya təcavüzünün səbəblərini anlamaq baxımından olduqca əhəmiyyətlidir. Və bu göstəricilər eyni zamanda rus xalqının hazırkı psixoloji durumuna da ayna tutur. Bu cür psixologiya və bu cür liderlərlə rus xalqı və Rusiya dövləti hələ çox qanların tökülməsinə bais olacaq.