"Azərreyl" qadın voleybol klubu Azərbaycan çempionu olub
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında baş tutan final seriyanın ikinci oyunu ilə 2024/25-ci illər mövsümünə yekun vurulub. Qalib adını isə "qızıl şet"də qalib gələn "Azərreyl" klubu qazanıb. Xatırladaq ki, Azərbaycan voleybolunun flaqmanı olan "Azərreyl" çempionluq uğrunda keçirilən final seriyasında "Abşeron"la qarşılaşıb. Maraqlıdır ki, ilk oyunda quru hesabla (0:3) uduzan "Azərreyi" bu gün Milli Gimnastika Arenasında təşkil edilən ikinci oyunda rəqibini bir şet belə vermədən (3:0) məğlub edərək ümumi hesabı bərabərləşdirib - 1:1.
Bundan sonra isə qalibi aşkar etmək məqsədi ilə tərəflər mübarizəni "Qızıl set" də davam etdiriblər. Həlledici set "Azərreyl"in üstünlüyü ilə başa çatıb - 15:12.
Bununla da "Azərreyl" Azərbaycan çempionu, "Abşeron" çempionatın ikincisi ( gümüş medal), "Milli Aviasiya Akademiyası" klubu isə üçüncüsü olub.
Yeri gəlmişkən, sabah saat 15:00-da isə elə həmin məkanda kişilərin analoji yarısına yekun vurulacaq. Finalda "Azərreyl" "Murov Az Terminal"la qarşılaşacaq. Onu da qeyd edək ki, kişilərin çempionatında üçüncü yerin sahibi "Xilasedici " olub..
İNTİQAM Məmmədov
.jpg)
.jpg)