Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

KTMT Ermənistanı “buraxmır”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmadı, İrəvanın üzvlüyü dayandırıldı.

Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

Onun sözlərinə görə, tərəflər arasında “sırf işgüzar əlaqələr” saxlanılır və katiblikdə müzakirə olunan bütün məsələlər barədə Ermənistana məlumat verilir.

“Açığını deyim ki, Ermənistan getmədi, təşkilatın işində iştirakını dayandırdı”, - deyə İmanqali Tasmaqambetov KTMT-nin Ermənistanın qərarlarını anladığını açıqlayıb.

Onun sözlərinə görə, ölkənin təşkilatda sonrakı iştirakı Ermənistan siyasi rəhbərliyinin qərarıdır.