Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

61 yaşlı qadın min manat borca görə öldürülüb

61 yaşlı qadın min manat borca görə öldürülüb

Ağstafa rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 APA-ya istinadən xəbər verilir ki, hadisənin borc üstündə baş verdiyi bildirilir.

Hadisəni törədən 49 yaşlı Zülfiyyə Musayeva 61 yaşlı Fatimə Musayevadan ötən illin iyul ayında min manat borc alıb. Bir neçə gün bundan əvvəl F.Musayeva Z.Musayevadan pulu istəyib. Z. Musayeva borcunu qaytarıb. Dünən isə o, F. Musayevagilə gedib, kəsici ailətlə evdə tək olan qadının boğazına və qoluna xəsarət yetirərək qətlə yetirib.

Onlar həm qohum, həm də qonşu olub.

Mərhumun həyat yoldaşı Elman Musayev bildirib ki, qadın hadisəni törədəndən sonra evlərindən 5-6 min manat pul aparıb.

***

09:24

Ağstafada qətl törədən qadın saxlanılıb.

Yanvarın 9-da gecə saatlarında rayonun Dağkəsəmən kəndində 61 yaşlı Fatma Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. (Report)