RİOUGİM-2 ikinci mərhələnin qalibidir
15-16 may günlərində Bakı İdman Sarayında 3x3 basketolu üzrə "ABB Qadın Basketol Liqası"nin ikinci mərhələsinin oyunları keçirilib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, mərhələ yarışının finalında RİOEUGİM-2 ilə "AzStars" klubu qarşılaşıb. Görüş birincinin 19:13 hesablı qələbəsi ilə başa çatıb. Bununla da RİOEUGİM-2 ikinci mərhələnin qalibi olub. Həlledici final matçının ən yaxşı oyunçusu adına isə qalib komandanın üzvü Leyla Allahverdiyeva layiq görülüb.
Qeyd edək ki, liqanın reqlamentinə uyğun olaraq, yekun turnir cədvəlində ilk 6 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanmış olacaqlar.
İNTİQAM Məmmədov