Gənc cüdoçuların ne-vaza üzrə ACF Kuboku keçirilib
Xırdalandakı Abşeron Olimpiya İdman Kompleksində 20 yaşlı (U-20) gənc cüdoçular arasında ne-vaza üzrə keçirilən SCF Kuboku başa çatıb. ACF-dən verilən məlumata görə, turnirdə ölkənin müxtəlif bölgələrindən olan 34 klub və idman cəmiyyətinin heyətində 136 (114 oqlan və 22 qız) cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda yarışıb. Oqlanlar 7, qızlar isə 5 çəki dərəcəsində mübarizə aparıb.
Oqlanlar arasında İsmayıl Əli Pənahov (60 kq, "Alov" İK), Nihad Rəhimov (66 kq, RGİM), Elxan Mirzəzadə (73 kq, RGİM), Emil Hüseynzadə (81 kq, "Atilla" İK), Məmməd Əzizbəyov (90 kq, RGİM), Şamil Qasımov (100 kq, "Judo Club-2012") və Hacıbaba İmaməliyev (+100 kq, "Judo Club -2012"), qızların yarışında isə Nərgiz Əhmədova (48 kq, "Champion-74"), Aliyə İsmayılzadə (52 kq, "Judo Club -2012"), Şəhla Rzayeva (57 kq, "Judo Club -2012"), Zəhra Hüseynzadə (63 kq, "Xəzri"İK) və Səkinə Baxşıyeva (70 kq, ACF) çempion adını qazanıb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)