"Gəncə" isə "Azərreyl"i məğlub edərək ikinci pilləyə qalxıb
Yanvarın 10-da qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 5-ci olan növbəti turun oyunları keçirilib. Oyunlardan ikisi Bakı Voleybol Mərkəzində, biri isə UNEC- in idman zalında baş tutub. Bakı Voleybol Mərkəzində münasibətləri ayırd etmək üçün ilk olaraq "Murov Az Terminal" ilə "Abşeron" meydana çıxıb. Görüş "Abşeron"nün quru hesabli qələbəsi ilə bitib - 3:0 (25:13, 25:15, 25:21). Bu qələbədən sonra "Abşeron" aktivindəki xalların sayını 14-ə çatdırmaqla liderlik mövqeyini möhkəmləndirib.
Bunun ardından eyni məkanda "Azərreyl '-"Gəncə" oyunu baş tutub. Həmin qarışılasmada isə qələbəyə sevinən ikinci olub - 0:3. Bu qələbə sayəsində"Gəncə" klubu 10 xalla yarış cədvəlində ikinci pilləyə yüksəlib.
UNEC-in idman zalında baş tutan eyniadlı komanda ilə"Milli Aviasiya Akademiyası" klubunun qarşılaşmasında da qələbəni qonaq komanda qazanıb - 0:3 (10:25, 5:25, 7:25). Bu qələbə "Milli Aviasiya Akademiyası"-na yarış cədvəlində üçüncü yerə çıxmaq imkanı verib.
Çempionatda 6-ci turun oyunları yanvarın 15-də keçiriləcək.
İNTİQAM Məmmədov