Məryəm Hüseynova Astanada Azərbaycana bürünc qazandırıb
Azərbaycanın trek velosipedi komandası Astanada (Qazaxıstan) daha bir medal qazanıb.
Məryəm Hüseynova açıq birincilikdə omnium növü üzrə yarışı bürünc medalla başa vurub.
2009-2010-cu il təvəllüdlü qızlar kateqoriyasında mübarizə aparan gənc idmançı 38 iştirakçı arasında üç hərəkətin cəmində üçüncü nəticə göstərib.
Bundan əvvəl M.Hüseynova 200 m məsafəyə qaçışda da bürünc medal qazanıb.