Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Samirə Faizovanın

“Ruhumun Rəngləri” adlı sərgisi

Arts Council Azerbaijan Beynəlxalq Rəssamlar Gününü Azərbaycan Rəssamlar İttifaqının üzvü Samirə Faizovanın “Ruhumun Rəngləri” adlı sərgisi ilə qeyd etdi. Sərginin açılışı 1969 qalereyasında baş tutub. 

“Ruhumun Rəngləri” sərgisi tamaşaçılara gənc rəssamın çoxşaxəli yaradıcılığından zövq almaq, bədii obrazlar prizmasından şəxsi açıqlamalarını kəşf etmək və dərin emosiyalarını, hisslərini rəsm yaradıcılığı vasitəsilə ifadə etməsini görmək imkanı yaradır. Sərgidə nümayiş olunan əsərlər yalnız təbiətin gözəlliyini təsvir etməklə kifayətlənmir, həm də müəllifin incə hisslərini və hər bir fırça zərbəsində əks olunan arzularını simvollaşdırır. 

Samirə Faizova Bakıda anadan olub, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını fərqlənmə ilə bitirib. Azərbaycanda, Almaniyada və Çexiyada keçirilən bir çox sərgilərdə iştirak edib. Arts Council Azerbaijan üzvüdür.

RÜSTƏM FƏRMAN