İrəvan meriyasının məmurları rüşvətə görə həbs edilib
İrəvan meriyasının iki əməkdaşı rüşvət almaqda ittiham olunaraq saxlanılıb.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatında deyilir.
“Biz hələlik ibtidai istintaqın maraqları baxımından başqa təfərrüatları açıqlamırıq”, - komitədən bildiriblər.
Bildirilir ki, cinayət işi çərçivəsində İrəvan bələdiyyəsinin binasında da axtarışlar aparılıb.