Cüdoçularımız Budapeştdə keçiriləcək dünya çempionatı öncəsi dünya reytinqində mövqelərini möhkəmləndiriblər
Budapeştdə (Macarıstan) keçiriləcək dünya çempionatı öncəsi Azərbaycan cüdoçuları reytinqlərini yaxşılaşdırıblar.
Bir pillə irəliləyən Elcan Hacıyev (90 kq) beşinci, Zelim Tsakaev (81 kq) 6-cı yerə yüksəlib. Balabəy Ağayev (60 kq) ilk onluğa qayıdıb, ilk 10-luğun astanasında olan Uşanqi Kokauri (+100 kq) isə 11-ci yerdədir.
Olimpiya çempionları Hidayət Qeydərov (73 kq) və Zelim Kotsoev (100 kq) reytinqdə liderliyi inamla qoruyurlar.
Xatırladaq ki, iyunun 13-də start götürəcək dünya çempionatı üçün Azərbaycan millisinin heyəti hələ açıqlanmayıb.