Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kamalə Abiyeva:

A Y G Ü N

Kimsə özünə yazıçı, şair, rəssam, ya bəstəkar deməklə, adından əvvəl nəsə təltifləri saymaqla nə yazıçı,nə şair, nə rəssam, nə də bəstəkar olur. Yaradıcı insanı əsəri təqdim edir. Misraları ilə tanıtdığımız da var, adını tez-tez eşitdiyimiz , amma bir bənd şeirini yada sala bilmədiyimiz də var. Bəstəkar da elədir. Musiqinin sehrinə düşüb mütləq müəllifi axtarırsan. Və ya mahnıları, yaratdığı müsiqilər onu təqdim edir, sevdirir, yaşadır və yaşadacaq. O belədir: Aygün Səmədzadə. Fəxri adı, mükafatları da var. Amma biz onu musiqisi ilə tanıyırıq. İllər ötəcək, bu musiqilər bizi yaşadacaq, tariximiz olacaq.
Onu körpəliyindən sevdim.”Elə gözəl sevmişdim ki”, indi də tez-tez  piano arxasında oturan 3-4 yaşlı qızcığazı xatırlayıram.  O böyüdü. Bülbül adına məktəbin şagirdi, konservatoriyanın tələbəsi kimi həmişə  birincilərdən oldu.Fərqli oldu. Seçildi. Beləcə böyüdü və böyüyür. Sənətiylə böyüdü, sənətini böyütdü.
Onunla məktəb illərini yaşadım. Xəzərin layla dediyi Bakımda  dünyanı nağıl bildim.  Yağışlı gecələri gözəl gördüm. Ana laylası ilə gözü yaşlı duyğuları ovutmağa çalışdım və daha nələr yaşadım. Hər dəfə ona  “Elə varlığınçün sağ ol, əzizim” deyirəm. Ömürlərdə musiqiyə dönən Aygün Səmədzadə, dünyaya gəlişinlə özümüzü təbrik edirəm.