Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan 2026-cı ildə sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Dünya çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı qərarı Beynəlxalq Sumo Federasiyası Polşanın Krotoszin şəhərində qəbul etmişdir.

Yaponiya Döyüş Sənəti Assosiasiyası tərəfindən irəli sürülən namizədliyin təsdiqi uğrunda mübarizədə Azərbaycan digər ölkələri qabaqlayaraq dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.

Qeyd edək ki, bu idman növünün vətəni Yaponiyadır. Yaponlar sumonu döyüş sənəti hesab edirlər. Sumo ənənəsi qədim dövrlərə gedib çıxır, ona görə də hər döyüş çoxsaylı rituallarla müşayiət olunur. Yaponiya sumonun tanınmış mərkəzi və peşəkar rikişi yarışlarının keçirildiyi yeganə ölkədir.