Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Asif Asiman

Çox səmimi insan, dəyərli jurnalist , sayılıb seçilən və sevlən yazıçı dostumuz Eyruz müəllim! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, can sağlığı, mənalı ömür-gün yaşantıları , ailə səadəti işlırində və həyatında uğur dolu nailiyyətlər arzulayıram, Tanrı sizi qorusun qardaş!

Yağ yaz yağışıtək beləcə narın,

İlhamın qoy olsun sonsuz müəllim!

Sənə səcdə edən oxucuların,

Sevgisi böyükdür, Eyruz müəllim!

Y Ü Z YAŞA!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Bu gün onun günüdür...

Yanvarın 13-ü Əməkar jurnalist Eyruz Məmmədovun doğum günüdür. Bununla bağlı AYB Sumqayıt Bölməsi "Facebook" sosial şəbəkəsində paylaşım edib.

AZpress.AZ İnformasiya Agentliyi həmin paylaşımı təqdim edir:

Onu bu şəhərdə hamı tanıyır və sevir.Çünki o da bu şəhəri canından artıq sevir.Sevgi sübut istəmir.Sevginin sübutu sevdiyin üçün əlindən gələni təmənnasız,haysız- küysüz etməkdi.O,da bu yolu seçib.Sumqayıt hadisələri baş verəndə doğma şəhəri Sumqayıta atılan iftiraya dözməyib,düşmən cəbhənin təhdidlərinə,hədə- hədyan dolu məktublarına,yoluna atılan daşlara baxmayaraq,əsil həqiqətlərin faktlarla sübutuna çalışıb və buna nail olub.Bütün dünyaya əsil həqiqətləri duyurmağı bacarıb.

"Yazıçılıq - inandığını kəşf etməkdir." (Qustav Flober) Və elə bu inamla da belə çətin yola çıxıb.

Eyruz müəllim Əməkar jurnalistdir, "Həsən bəy Zərdabi","Qızıl qələm",Araz" ali mükafatları laureatıdır.Amma onunçün ən böyük mükafat xalqın sevgisidir.O,peşəkar jurnalist olmaqla yanaşı,gözəl yazıçıdır.Onlarla əsəri işıq üzü görüb.Uzun illər Sumqayıtda fəaliyyət göstərən "Exo Sumqaita"qəzetinin Baş redaktoru olub.Gördüyü işə həmişə vicdanla yanaşıb,ürəklə çalışıb.Milli- mənəvi dəyərlərimizə həmişə hörmətlə yanaşıb.Səmimi insandır.Onunla saatlarla söhbət etsən də yorulmursan.Zəngin mənəvi dünyası var.Sumqayıtda hamı onu şəhərimizin fəxri vətəndaşı kimi tanıyır.Bu gün onun günüdür.Arzu edirik ki,xalqımızın bu istəyi rəsmi olaraq həyata keçsin.Təbrik edirik,Eyruz müəllim,dəyərli adam,fəxrimizsiniz...Sizə ürəyinizcə yaşamağı arzulayırıq.