Yanvarın 13-də kişi boksçulardan ibarət millinin 2025-ci il üçün ilk təlim-məşq toplanışına (TMT) start verilib. ABF-dan (Azərbaycan Boks Federasiyası) verilən məlumata görə, yeni baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöl Olimpiya İdman Kompleksində ştatı verilən toplanışa 36 dəri əlcək ustası cəlb edilib. Yanvarın 25-dək davam edəcək bu toplamışda əsas məqsəd boksçuların ümümi fiziki hazırlıq səviyyəsini artırmaq olacaq.
İNTİQAM Məmmədov