Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 16 yanvar 2025 - ci il tarixində 20 Yanvar faciəsinin 35 - ci ildönümünə həsr olunmuş “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ardınca vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra muzeyin əməkdaşı, elmi-kütləvi işlər üzrə şöbəsinin müdiri Ümidə Hacıyeva geniş məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, o cümlədən xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışdı. Bununla yanaşı qonaqlara muzey işçiləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən videoçarx da nümayiş olundu.
Tədbirin bədii hissəsində isə 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri şeir kompozisiyaları ilə çıxış etdilər. Həmçinin tədbirdə şagirdlər tərəfindən çəkilmiş, milli birlik və vətənpərvərliyimizin simvoluna çevrilmiş o qanlı gecənin dəhşətlərini əks etdirən rəsmlərdən ibarət sərgi təqdim olundu.
Gələcək nəsillərimizi vətənpərvər ruhda böyütmək, onlara şanlı tariximizlə yanaşı qan yaddaşımızı da aşılamaq baxımından bu qəbildən olan tədbirlərin keçirilməsi çox vacib və təqdirəlayiq bir missiyadır.
Tədbirdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mədəni - kütləvi işlər şöbəsinin baş mütəxəssisi Günay Əliyeva, 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird heyəti, onların valideynləri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Sonda xatirə şəkilləri çəkildi.
Araz Məmmədov
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)