Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ermənistanın hərbi təcavüzü nəticəsində cinayət törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Yanvarın 17-də sülh və insanlıq əleyhinə cinayətlər, Ermənistan dövləti və onun silahlı qüvvələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlər, o cümlədən Ermənistanın işğal etdiyi ərazilərdə Ermənistan tərəfindən yaradılmış qanunsuz silahlı birləşmələrə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb. 

Bu proses ilk növbədə Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi məhkəmə yolu ilə dövlət məsuliyyətinin müəyyən edilməsinə yönələcək.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayev, Camal Ramazanov və Anar Rzayevin (ehtiyatda olan hakim Günel Səmədova) sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər tərcüməçi və vəkillərlə təmin olunub.