“Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutyunyan Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsində açıqlama verib.
O, 44 günlük müharibə zamanı Gəncəyə raket zərbəsi endirilməsi ilə bağlı verdiyi açıqlamadan təəssüfləndiyini bildirib.
“Azərbaycan xalqı hesab edir ki, bu əmri mən vermişəm (Gəncəni vurmaq – red.). Bu qərarı mən verməmişəm. Bəli, bununla bağlı açıqlamam var idi. İndi bu açıqlamadan təəssüflənirəm və üzr istəyirəm. Mənim o hüququm, o səlahiyyətim, hətta fikir bildirmək imkanım da yox idi. Arayik Arutyunyan əlavə edib: “Niyə o zaman belə açıqlama verdiyimi istintaq zamanı verdiyim ifadədə izah etdim”.
Xatırladaq ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələrinin Azərbaycana və Azərbaycan xalqına qarşı törətdiyi sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər üzrə açıq məhkəmə prosesi başlayıb.