Varis Yolçuyev: Nə qədər vəhşi olasan ki bunu eləyəsən!
Sumqayltda məşhur kitabçı Xan Rəsuloğlunun bir bukinist mağazası var. Hər axşam o, mağazanı bağlayanda bir neçə kitabı pillələrin üzərinə qoyur ki, kimə lazımdırsa götürüb istifadə eləsin. Nəciblik, humanistlik jestidir bu, qoyduğu kitablar dəyərli kitablar olur adətən.
Bir səhər Xanoğlan gəlib bu şəkildəki mənzərəni görüb - kitablar əzilib, cırılıb, tapdalanıb və murdarlanıb.
Nə qədər vəhşi olasan ki bunu eləyəsən!
Gəlin hamılıqla bunu edəni qınayaq.
Gəlin kitabları sevək, onları qoruyaq, təbliğ edək!
Gulnare Abbasova
Yalnız bir adı var: cahillik. Çox təəssüf
Лейла Кадырзаде
bunu edən şüursuz vəhşi heyvandan da bətərdir
Лала Мамедова
Bu bir növ cinayət sayılır!
Şövkət Hüseynova
Kamera olsaydi kawkii bilinseydi kim edib herkese weklini gosterselerdi uzune tupurerdik yolda flan gorende
Sevda Tahirli
Çox üzücüdür. M.Ə.Sabirin " Biz olan evdə nə vaxt vardı kitab" sözləri yadıma düşür. Bunu edənlər tam bu fikri yadıma saldı..
Pərviz Muradov
O adamı bir dəfə təsadüfən görsəm kaş...
Almaz Ərgünəş Beyazid
Bunu uşaq edib yəqin ki, tərbiyəsiz valideyni olan tərbiyəsiz uşaq.
Feride Leman
Bunu ancaq sabahına, ədəbiyyatına, zəhmətə,zəkaya, qiymət verməyənlər edə bilər.Bu,cahillikdən başqa bir şey deyil!
Kitab mənəviyyatdır,kitab mədəniyyətdir.....
Böyük təşəkkürlər Xan Rəsul oğlu!!!
Elaze Ehmedova
Hər kim edibsə gələcəyin ən tərbiyəsizi, vicdansızıdır. Valideyni də həmçinin.
Kitaba məhəbbət ailədən başlanır.
Bunun üçün müəllim, o cümlədən məktəb də vacib amildır
İlaxa Qasanli
Kitablar bizim bilik mənbəyimizdir, onlara belə hörmətsizlik etmək insanın öz dəyərinə hörmətsizlikdir. Necə bu qədər biganə və kobud olmaq olar? "Kitab bizim ən yaxın dostumuzdur, gəlin onu sevək və qoruyaq."
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.